00:00:00
Yazar
Admin User
28.11.2025 12:19 65 2 dəq oxuma
Siyasət

Sülh danışıqlarında Avropaya təsir edən məsələlər müzakirə olunmayacaq

Sülh danışıqlarında Avropaya təsir edən məsələlər müzakirə olunmayacaq

ABŞ dövlət katibi Marko Rubio Avropa nümayəndələrini əmin edib ki, Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə dayandırılması üzrə danışıqlarda Avropa ölkələrinə birbaşa təsir edən məsələlər müzakirə olunmayacaq. 

 

Məsələ ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqalamasında bildirib ki, Avropa ölkələrinə təsir edən məsələlər dedikdə, ilk növbədə Rusiyanın yaratdığı təhlükələr nəzərdə tutulur. 

 

“Son zamanlar Rusiyanın Avropanın təhlükəsizliyinə ciddi təhdid etdiyi məlumdur. Xüsusilə Şərqi Avropa ölkələri bu təzyiqi daha çox hiss edirlər. Buna görə də bu kimi məsələlərin müzakirə olunacağı və ya olunmayacağı barədə müxtəlif fikirlər mövcuddur.Eyni zamanda, məlum olduğu kimi, Rusiya sərhədləri yaxınlığında Avropa ölkələrinin ordularının cəmləşməsi də gündəmdədir. Məsələn, Polşanın Rusiyaya yaxın sərhəd bölgələrində geniş hərbi qüvvə topladığı bildirilir. Avropa ölkələri öz təhlükəsizliyini gücləndirmək üçün müxtəlif hərbi strategiyalar həyata keçirməyə çalışırlar. Almaniya hökuməti son zamanlar ordunun sayını artırmaq, eyni zamanda daha güclü silahlar almaq və istehsal etmək barədə düşünür. Bu yanaşma digər Avropa ölkələrinə də aiddir. Məsələn, Fransa da daxil olmaqla bir çox dövlət Rusiyadan gələn təhlükəni əsas problem kimi görür”.

 

Ekspert həmçinin bunu da qeyd edib ki, Almaniya hökuməti mümkün Rusiya-NATO toqquşması ssenarisini nəzərə alan yeni bir plan hazırlayıb:

 

“Ukrayna ilə Rusiya arasında imzalanması gözlənilən sülh müqaviləsi zamanı Rusiyanın Avropa ölkələrinə müəyyən tələblər irəli sürə biləcəyi ehtimal olunur. Rusiyada son günlərdə bu barədə geniş müzakirələr aparılır. Bildirilir ki, müqavilə imzalanarkən Rusiya Avropa ölkələrinin həyata keçirdiyi hərbi aktivliyə müdaxilə edən tələblər qoymağa çalışa bilər. ABŞ isə Avropa ölkələrinə əminlik vermək istəyir ki, sülh müqaviləsi imzalanarkən həmin proseslərə qarışmayacaq və Avropanın hərbi siyasətinə müdaxilə etməyəcək. Yəni Avropa ölkələrinin hazırkı hərbi fəaliyyəti olduğu kimi qalacaq. Ümumilikdə, Rubionun da vurğuladığı əsas məsələ məhz bu geopolitik dinamikanın yaratdığı təhlükələr və narahatlıqlardır”.

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər