00:00:00
Yazar
Admin User
25.11.2025 15:48 111 2 dəq oxuma
Siyasət

“Sülh planı Ukraynanın mövcud vəziyyətini ciddi şəkildə zəiflədir”

“Sülh planı Ukraynanın mövcud vəziyyətini ciddi şəkildə zəiflədir”

ABŞ senatoru Mark Uorner bildirib ki, hazırda müzakirə olunan sülh planı Ukraynanın real təhlükəsizliyini təmin etmir, əksinə, onu Moskvanın şərtləri qarşısında aciz vəziyyətə qoyur. Uornerin sözlərinə görə, bu cür plan ölkənin ərazi bütövlüyünü zəiflədərək, uzunmüddətli perspektivdə həm Ukraynanın dövlətçiliyinə, həm də regionun ümumi təhlükəsizlik balansına ciddi təhlükə yarada bilər.

 

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, Uornerin açıqlaması onu göstərir ki, bu sülh planı Ukraynanın mövcud vəziyyətini ciddi şəkildə zəiflədir:


“Planın əsas xüsusiyyəti Ukrayna ərazilərinin faktiki olaraq Rusiyanın nəzarətinə verilməsi ilə bağlıdır. Rəsmi sənədlərdə bu torpaqlar Ukraynanın ərazi bütövlüyü kimi tanına bilər, lakin real həyatda Rusiyanın faktiki hakimiyyəti altında qalacaqlar. Bu isə Ukraynanın təhlükəsizlik sistemini və strateji mövqeyini ciddi şəkildə pozur. Bundan əlavə, plan Ukrayna ordusunun 600 min nəfər canlı qüvvəyə qədər azaldılmasını nəzərdə tutur. Bu, Ukrayna üçün qəbuledilməzdir, çünki ölkənin müdafiə imkanlarını ciddi şəkildə məhdudlaşdırır və hərbi potensialını zəiflədir. Plan həmçinin NATO-ya üzvlük məsələsində məhdudiyyət qoyur, halbuki bu müharibənin əsas səbəblərindən biri olub və Ukrayna üçün strateji önəm daşıyıb. Bütün bunlar göstərir ki, əgər bu plan həyata keçərsə, Ukraynanın 2022-ci ildən bəri müharibədə əldə etdiyi uğurlar, çəkdiyi ağrılar və itkilər faktiki olaraq boşa çıxacaq. Bu, ölkənin ərazi bütövlüyünü, siyasi müstəqilliyini və uzunmüddətli strateji hədəflərini təhlükə altına qoyur. Hazırkı vəziyyətdə Ukrayna bu planı qəbul etməməlidir. ABŞ administrasiyası da bu məsələdə açıq şəkildə Ukraynanı dəstəkləməli və ölkənin NATO-ya üzvlük niyyətini, ərazi bütövlüyünü qorumaq üçün güclü diplomatik və hərbi dəstək göstərməlidir. Əks halda, regionda güc balansı Rusiyanın xeyrinə dəyişəcək, Ukraynanın strateji mövqeyi zəifləyəcək və Rusiya faktiki olaraq istədiyi əraziləri nəzarətində saxlayacaq.
Müharibənin əvvəlindəki güc balansı bərabər idi və ABŞ-nin dəstəyi ilə Ukrayna Rusiyaya qarşı dayana bilirdi. İndi isə Ukrayna ordusunun maddi-texniki bazası zəifləyib, iqtisadi resurslar tükənməkdədir, enerji alternativləri azalıb və Rusiyanın hərbi sənayesi tam istehsal rejiminə keçib. Bu səbəbdən regiondakı balans artıq Rusiya tərəfindədir. Bu planın qəbul olunması isə yalnız Ukrayna üçün deyil, həm də Avropanın ümumi təhlükəsizlik balansı üçün ciddi təhlükə yaradacaq”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər