Sülh planında ABŞ ilə ortaq anlayışa gəlinib
Ukrayna Rusiya ilə müharibəni bitirməyi hədəfləyən sülh planında ABŞ-lə ortaq bir anlayışa gəldiklərini açıqlayıb.
Sülh planı ötən həftə Vaşinqtonun Kiyevə təqdim etdiyi 28 maddəlik təklifə əsaslanır. ABŞ və Ukrayna rəsmiləri Cenevrədə keçirilən görüşlərdə planı müzakirə ediblər. ABŞ Prezidenti Donald Tramp sosial mediada verdiyi açıqlamada ilkin planın “hər iki tərəfin iştirakı ilə dəqiqləşdirildiyini” bildirib. Tramp həmçinin əlavə edib: “Xüsusi nümayəndəm Steve Witkoff-a Moskvada Prezident Putinlə görüşməsi tapşırılıb. Eyni zamanda ordudan məsul nazir Dan Driscoll Ukraynalılarla görüşəcək".
BBC NEWS
Səmayə Səftərova