00:00:00
Yazar
Admin User
12.10.2025 07:07 120 1 dəq oxuma
Dünya

"Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq

"Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq

Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq.

 

"İnformator.az" xəvər verir ki, bu barədə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin ofisi məlumat yayıb.

 

"Beynəlxalq "Şarm əl-Şeyxdə Sülh Sammiti" 13 oktyabr 2025-ci il, bazar ertəsi günortadan sonra keçiriləcək. Tədbir Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi və ABŞ prezidenti Donald Trampın həmsədrliyi ilə baş tutacaq və 20-dən çox ölkənin liderinin iştirakı ilə keçiriləcək", - ofisin saytında bildirilib.

 

Qeyd edək ki, Azərbaycan da Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Misirin Şarm əl-Şeyx şəhərində baş tutacaq "Sülh Sammiti"nə dəvət olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər