00:00:00
Yazar
Admin User
06.08.2025 12:44 129 2 dəq oxuma
Siyasət

Sülh sazişi üçün əsas şərt Ermənistanın konstitusiya dəyişiklikləridir

Sülh sazişi üçün əsas şərt Ermənistanın konstitusiya dəyişiklikləridir

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Türkmənistanda Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla keçirdiyi görüş Cənubi Qafqazda diqqətlə izlənilib. Görüş zamanı tərəflər regionda sülh və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar. Gürcüstan Baş naziri bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi üzrə danışıqların son mərhələyə çatması əlamətdar hadisədir və Tbilisi bu prosesə dəstək göstərməyə hazırdır.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, ermənişünas Qafar Çaxmaqlı bildirib:


“Gürcüstan həm Azərbaycan, həm də Ermənistan üçün müəyyən məsafə duran qonşu dövlətdir və münaqişə dövründə də, indi də tərəfsizliyini qoruyub saxlayıb. Azərbaycanın bir çox lojistik və kommunikasiya və enerji xətləri bu ölkədən keçir və Gürcüstan bundan faydalanır. Ermənistan üçün də Gürcüstan Qərbə açılan pəncərə rolunu oynayır. Bu mənada Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasında rolu ola bilər. Amma Azərbaycanla artıq ikitərəfli münasibətlərin uğurlu danışıqların aparıldığı məqamda Gürcüstanın vasitəçiliyi ehtiyac yoxdur”.


Ekspert Ermənistanın daxili siyasi mühiti və sülh sazişi ilə bağlı mümkün maneələr barədə də fikirlərini bildirib:


“Ermənistan cəmiyyəti Azərbaycanla münasibətlərin qurulmasına xüsusi əhəmiyyət verir və bu ölkə artıq sülh prosesinin nəticələnməsinə yanadır. Daxildə indi elə bir qüvvə yoxdur ki, bu prosesə ciddi maneə törətsin. Prosesin yekunlaşması üçün Ermənistan hakimiyyəti Azərbaycanın məlum şərtlərini yerinə yetirməlidir. Minsk qrupu ləğv edilməli, Azərbaycan ərazilərinə iddiaların yer aldığı Konstitusiya dəyişikliyinə gedilməlidir. Konstitusiya dəyişikliyi referendumla olacağından bu proses uzana bilər. Amma qarşıdakı günlərdə Ermənistan öhdəsinə götürə bilər ki, Konstitusiyasının müvafiq maddəsini dəyişdirəcək”.


Qafar Çaxmaqlı əlavə edib ki, Azərbaycanın prioritetlərindən biri də 2020-ci il 9 noyabr Bəyannaməsində yer alan 9-cu maddənin icrasıdır:


“Bundan əlavə, 9 noyabr 2020 Bəyannaməsində yer alan 9-cu maddədə nəzərdə tutulan Azərbaycanın qərb bölgələrindən Naxçıvana maneəsiz keçidin təmin edilməsi bizim prioritetimizdir. Ermənistan sülh sazişinin imzalanmasına qədər bu öhdəliyi də yerinə yetirməlidir”.


Solmaz Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər