00:00:00
Yazar
Admin User
02.09.2025 17:27 126 1 dəq oxuma
Sosial

Süni intellekt – gələcəyin texnologiyası

Süni intellekt – gələcəyin texnologiyası

Süni intellekt artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Ağıllı telefonlardakı səsli köməkçilər, naviqasiya proqramları, onlayn alış-verişdə məhsul tövsiyələri və bank əməliyyatlarının təhlükəsizliyi kimi sahələrdə onun tətbiqinə tez-tez rast gəlinir.

 

Mövzu ilə bağlı mütəxəssis Elvin Abbasov "İnformator.az"a açıqlamasında bildirir ki, süni intellekt bəzi peşələri avtomatlaşdıra bilsə də, insanı tam əvəz etməsi mümkün deyil:

 

“Yaradıcı düşüncə, emosional zəka və sosial münasibətlər yalnız insana məxsusdur. Süni intellekt gələcəkdə insanın işini asanlaşdıran və məhsuldarlığını artıran ‘köməkçi’ rolunda çıxış edəcək. Azərbaycanda da süni intellektin tətbiqi genişlənməkdədir. Maliyyə sektorunda fırıldaqçılığın aşkarlanması, elektron hökumət xidmətlərində avtomatlaşdırılmış cavab sistemləri, tibbdə diaqnostikanın dəstəklənməsi, nəqliyyatda ağıllı idarəetmə və kibertəhlükəsizlikdə monitorinq sistemləri artıq istifadə olunur. Gələcəkdə isə təhsil, kənd təsərrüfatı və sənaye sahələrində daha geniş tətbiqi gözlənilir. Süni intellektin sürətli inkişafı müəyyən risklər də yaradır. Ən çox müzakirə olunan problemlərdən biri iş yerlərinin azalmasıdır. Bundan əlavə, şəxsi məlumatların məxfiliyi, yanlış məlumatların yayılması və etik prinsiplərin pozulması da təhlükə mənbəyidir. Buna görə də hüquqi və etik çərçivələrin düzgün müəyyənləşdirilməsi vacibdir".



Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər