00:00:00
Yazar
Admin User
02.07.2025 04:43 91 1 dəq oxuma
Dünya

Süveyş körfəzində qazma platforması

Süveyş körfəzində qazma platforması

Süveyş körfəzində qazma platformasının batması nəticəsində dörd nəfər ölüb, altı nəfər isə itkin düşüb.

 

"İnformator.az" "Teleqraf"a istinadən  xəbər verir ki, bu barədə Misirin “Al Masry Al Youm” qəzeti məlumat yayıb.

 

Məlumata görə, hadisə Qırmızı dəniz vilayətinin şimalında yerləşən Cebel-ez-Zeyt bölgəsində, qurğunu üç gəmi yedəkləyərkən baş verib. Ekipajın 21 üzvünün xilas edildiyi bildirilir.


Misirin OSOCO neft şirkəti ölkənin Neft və Mineral Ehtiyatlar Nazirliyinə bildirib ki, söhbət “Adam Marine 12” platformasından gedir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər