00:00:00
Yazar
Admin User
30.08.2025 09:19 128 1 dəq oxuma
Sosial

Sabah 38 dərəcə isti olacaq

Sabah 38 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında avqustun 31-də hava şəraiti yağmursuz olacaq.

 

Milli Hidrometeorologiya Xidmətindən "İnformator.az"a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman müşahidə olunacaq.

 

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər