00:00:00
Yazar
Admin User
20.09.2025 08:17 131 1 dəq oxuma
Sosial

Sabah Bakıda bəzi yerlərdə fasilələrlə yağış yağacaq, güclü külək əsəcək

Sabah Bakıda bəzi yerlərdə fasilələrlə yağış yağacaq, güclü külək əsəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəratinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.

 

Bu barədə "İnformator.az" a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, havanın temperaturu gecə 15-18, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək. Vurğulanıb ki, Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-16, gündüz 16-20, dağlarda gecə 0-5, gündüz 5-8 dərəcə isti olacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər