Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək
Sabah Bakıda İsrail və Suriya rəsmilərinin görüşü keçiriləcək.
"İnformator.az" APA-ya istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələrdən məlumat verilib.
Qeyd edək ki, daha öncə də Suriya və İsrail rəsmiləri Bakıda görüş keçiriblər.