00:00:00
Yazar
Elmira Ağayeva
17.08.2026 20:59 37 2 dəq oxuma
İdman

“Sabah” - “Hapoel Beer-Şeva”: Çempionlar Liqası yolunda həlledici oyun

“Sabah” - “Hapoel Beer-Şeva”: Çempionlar Liqası yolunda həlledici oyun

 


“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Hapoel Beer-Şeva”nı qəbul edəcək. Qarşılaşma avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. 
 

Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev  “İnformator.az”a açıqlamasında bildirib ki, İsrail təmsilçisinin müdafiə xəttində müəyyən problemlər var və bundan mütləq istifadə etmək lazımdır:


“Sabah komandasının Çempionlar Liqasındakı gələcək taleyi və turnirdəki məqamı məhz bu ilk matçın nəticəsindən asılı olacaq. Cavab oyunumuzun vaxtı artıq bəllidir. Avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək ilk qarşılaşmada komandamız "Hapoel Beer Sheva" klubunu qəbul edəcək. İsrail təmsilçisi təhlükəsizlik səbəbindən öz ev oyunlarını ölkəsində, doğma Beer Sheva şəhərində keçirə bilmir. Buna qədər olan iki matçını Macarıstanda oynayan rəqib bu dəfə ev məkanı kimi Buxarest şəhərini seçib və oyun orada tutacaq. Bu məqam komandamız üçün müəyyən üstünlük yaradır, çünki rəqib böyük azarkeş dəstəyindən məhrum olacaq. Əvvəlki görüşlərdə onları tribünadan ən çoxu min nəfər dəstəkləmişdisə, bu dəfə bu say daha da az olacaq. Faktiki olaraq həm Sabah, həm də "Hapoel Beer Sheva" səfərdə mübarizə aparacaqlar. Bu hal təmsilçimizə azarkeş təzyiqi hiss etmədən daha rahat oyun nümayiş etdirmək imkanı verəcək. "Hapoel Beer Sheva" İsrail çempionatının iddialı və güclü heyətə malik klublarından biridir. Onlar üçüncü təsnifat mərhələsində Serbiyanın dünyaca məşhur "Tsrvena Zvezda" klubunu hər iki matçda üstələyərək yarışdan kənarlaşdırıblar. Qələbələrinə heç bir şübhə yeri qoymadan, rəqibə şans vermədən mərhələni adlayıblar. Onlar komanda oyununa, yüksək presinqə üstünlük verən güclü rəqibdirlər. "Tsrvena Zvezda" kimi təcrübəli bir klubun belə öhdəsindən gələ bilmədiyi bu rəqibi rahatlıqla məğlub etmək, əlbəttə ki, Sabah üçün də asan olmayacaq. Lakin İsrail təmsilçisinin müdafiə xəttində müəyyən problemlər var və bundan mütləq istifadə etmək lazımdır. Rəqibdən çəkinmədən, xüsusilə oyunun ilk dəqiqələrində presinq tətbiq etmək vacibdir. Bu təzyiqi 3-5 dəqiqə ilə məhdudlaşdırmayıb, matçın ilk 15-20 dəqiqəsi ərzində davam etdirə bilsək, rəqibi səhv etməyə məcbur edib qol vura bilərik. Erkən qoldan sonra isə ehtiyatlı müdafiəyə çəkilib bəxtimizi əks-hücumlarda sınamaq olar. Bu taktiki gedişin uğurlu olacağını düşünürəm. Məhz bu plan sayəsində birinci qarşılaşmada qalib gələ, cavab matçında isə bizə sərf edən nəticəni qoruyaraq Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazana bilərik. Bu, tarixi və fantastik bir uğur olar. İnanıram ki, hadisələr məhz bu ssenari üzrə cərəyan edəcək”.


Samirə Allahverdizadə ‎

#baki #yolunda #azərbaycan #oyun #“sabah”
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər