"Sabah"ın rəqibi məşqçilər korpusunu yeniləyib
"Sabah"ın UEFA Avropa Liqasının I mərhələsində qarşılaşacağı Sloveniyanın "Tsele" klubu məşqçilər heyətini dəyişdirməyi qərara alıb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, baş məşqçi Albert Riera özünə üç yeni köməkçisi götürüb.
Daha əvvəl Sloveniyanın digər təmsilçisi "Olimpiya"da işləmiş Hrvoye Bojiçkoviç "Tsele"nin yeni fitnes məşqçisi olacaq.
İtaliyalı 29 yaşlı Lorentso Dolçetti də baş məşqçi Rieranın məşqçilər korpusunda yer alacaq. O, İngiltərə və Yunanıstanda iş təcrübəsinə malikdir.