Sabah Rusiya və Ukrayna ağır yaralı əsirlərin təcili tibbi mübadiləsinə başlayacaq
Rusiya və Ukrayna iyunun 12-də ağır yaralı əsirlərin mübadiləsinə başlayacaq.
“İnformator.az”ın xəbərinə görə, bu barədə Rusiya prezidentinin köməkçisi, Ukrayna ilə danışıqlarda nümayəndə heyətinin rəhbəri Vladimir Medinski "Telegram" kanalında yazıb.
"Sabah cəbhə xəttindən ağır yaralı əsirlərlə təcili sanitar mübadilələrə də başlayacağıq", - deyə Medinski bildirib.