00:00:00
Yazar
Admin User
24.09.2025 14:15 142 1 dəq oxuma
Sosial

Sadhu terapiya

Sadhu terapiya

Sadhu terapiya son illər həm psixoloji rahatlama, həm də fiziki bərpa məqsədilə geniş yayılan bir üsuldur.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Fatimə Bayramova bildirib ki, sadhu terapiya əsasən 16 yaşdan yuxarı şəxslər üçün tövsiyə olunur:

 

"Seans zamanı həm psixoloji, həm də fiziki proseslər işə düşür və bu, müəyyən yetkinlik tələb edir. Uşaqlar üçün uyğun deyil, amma böyüklərdə, gənclərdən tutmuş yaşlı insanlara qədər hər kəs üçün tətbiq edilə bilər. Bir seans təxminən 40-60 dəqiqə davam edir. İlk seansdan sonra belə insanlarda daxili yüngüllük və rahatlama hissi yaranır. Ancaq qalıcı nəticə üçün adətən 5-7 seans məsləhət görülür. Seansların sayı şəxsin psixoloji vəziyyətindən və terapiyadan gözləntilərindən asılı olaraq dəyişir. Sadhu terapiya stres, narahatlıq, yuxusuzluq, əsəbilik, özünəinam azlığı, uşaqlıq travmalarının həllində çox təsirlidir. Fiziki baxımdan isə əzələ sıxlıqlarını aradan qaldırır, qan dövranını yaxşılaşdırır, bədənin enerji balansını tənzimləyir. Ümumilikdə həm psixoloji, həm də fiziki bərpa üçün güclü vasitə hesab olunur".

 

Türkanə Kərimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər