00:00:00
Yazar
Admin User
02.10.2023 17:38 327 2 dəq oxuma
Dünya

SAĞ İKƏN DƏFN EDİLDİ

SAĞ İKƏN DƏFN EDİLDİ

   İspan yazıçısı hamını təəccübləndirdi, sağ ikən dəfn edildi! “Üstümə torpaq atanda bir anlıq panikaya düşdüm”. Ölümü təcrübə etmək istəyən ispan yazıçısı Viktor Amela sağ ikən öz dəfn mərasimini təşkil edib və yerin altında keçirdiyi saatı “gözəl” adlandırıb.

   İspan yazıçısı və jurnalisti Viktor Amela qeyri-adi təcrübəsi ilə ölkədə gündəm mövzuya çevrilib. Ölümü təcrübə etmək istədiyini bildirən Amela özünə tabut sifariş edib, məzarını doğulduğu fermada qazıb və sevdiklərinin də qatıldığı mərasimlə sağ ikən torpağa tapşırılıb. Təxminən bir saatı yerin altında keçirən yazıçı qazandığı təcrübənin ona yaşamaq üçün yeni güc verdiyini iddia edib.

   İspaniyanın "Horizonte" televiziya proqramına danışan Viktor Amela gözəl bir təcrübə yaşadığını ifadə edərək, "üstümü örtdülər və mən qaranlıqda olanda tabutun üstünə kürək dolu torpaq tökülməsinin səsini eşitdim. Bir müddət panikaya düşdüm. Amma gəldi və getdi. Sonra istirahət edib həzz almağa başladım. Kaş orda daha çox qalaydım, çox həzz aldım" deyib.

  Ölümə marağının 15 yaşından başladığını izah edən Amela yerin altında olarkən dəfn mərasiminə qatılan dostları və ailəsi onun haqqında deyilən sözləri eşitdiyini və bunun onu duyğulandırdığını bildiriblər. "Onların ağladığını eşidirdim. Xoş sözləri ilə məni çox duygulandırdılar. Daha sonra yenidən doğuldum, daha 40 il yaşamaq istədim".

    Əksər mədəniyyətlərdə yaygın olmasa da, hələ sağ ikən öz dəfnində iştirak etmək Yapon mədəniyyətində “seizenso” adlanır. İnsanların həyata yeni baxış bucağı qazanmasına kömək etdiyi iddia edilən "seizenso" Yaponiya və Cənubi Koreyada geniş yayılmışdır və ABŞ və Böyük Britaniyada getdikcə populyarlaşır.

AYDAN

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər