00:00:00
Yazar
Admin User
19.09.2025 15:28 137 2 dəq oxuma
Sosial

Şagirdlərin dərsə diqqəti və sosial əlaqələrinə təsiri

Şagirdlərin dərsə diqqəti və sosial əlaqələrinə təsiri

Artıq bir çox məktəblərdə dərs vaxtı şagirdlərin telefon istifadə etməsi qadağan edilməyə başlanıb. Məqsəd dərslərə diqqətin artırılması və öyrənmə mühitinin daha səmərəli olmasıdır. Uşaqlar sinifə daxil olmadan əvvəl telefonlar üçün ayrılmış hissəyə öz telefonlarını qoyur və yalnız bundan sonra dərsə keçirlər. Bəzi məktəblərdə şagirdlərə texnologiyanı balanslı və məqsədyönlü istifadə etməyin yollarını öyrədən maarifləndirici dərslər də keçirilir.


Mövzu ilə bağlı təhsil eksperti İlqar Orucov "İnformator.az"a müsahibə verib.


Telefon qadağası şagirdlərin dərs performansına necə təsir edə bilər?


"Məktəblərdə davranış qaydalarında telefon qadağası tətbiq olunur və telefon qadağasının müsbət tərəfləri var, ümumiyyətlə davranış qaydaları şagirdləri nizamlı olmağa dəvət etmək üçün həyata keçirilir. Telefon qadağasının müsbət tərəfləri kifayət qədər çoxdur, bu şagirdlər arasında canlı sosiallaşmanı gücləndirir, şagirdin dərsə diqqətini artırır, motivasiyanı gücləndirir eyni zamanda qeyd etdiyim kimi sosial şəbəkələrdən asılılığı aradan qaldıracaq, bu da şagirdin daha çox dərsə fokuslanmasına səbəb olacaq.
Ekspertlər qeyd edir ki, bunun müəyyən mənfi tərəfləri də var, hansı ki, istənilən anda valideynlə ünsiyyət yarada bilməmək, şagirdin sanki özünü daha çox basqı altında hiss etməsinə səbəb olur, amma hesab edirəm ki, bununla müqayisədə müsbət tərəfləri daha çoxdur".


Sosial şəbəkələr və rəqəmsal texnologiyaların şagirdlərin sosial əlaqələrinə və dərsə fokuslanmasına təsiri necədir?


"Ümumiyyətlə son illərdə sosial şəbəkələr və rəqəmsal texnologiyalar çıxandan sonra sanki sosial bağlantı kəsilib. Bu eyni zamanda şagirdlərə də aiddir, onlarda eyni zamanda cəmiyyətin bir hissəsidir. Şagirdlər arasında canlı bağlar qurmağa təsir olaraq rəqəmsal texnologiyaların mənfi təsiri var. Düşünürəm ki, bu qadağaları tətbiq etməklə bərabər bunun əhəmiyyəti şagirdlərə izah edilsə, maarifləndirici işlər aparılarsa təbii ki, bunun faydası daha çox olacaq. Beləcə, şagird özünü basqı altında yox, önəm daşıyan tərəf kimi hiss edə biləcək".


Bu qayda ilə yanaşı şagirdlərə daha hansı qadağalar tətbiq edilməlidir?


"Hesab edirəm ki, qadağların inzibati əsasları ilə bərabər həm də onun əhəmiyyəti şagirdlərə çatdırılmalıdır ki, şagirdlər özlərini basqı altında hiss etməsinlər. Dərs zamanı diqqəti yayındıran xeyli sayda məqamlar var ki, onlarla bağlı təbii ki, qadağalar mütləq şəkildə olmalıdır. Məsələn, davamlı olaraq dərsə gecikmə, eyni zamanda təbii ki, bu davranış qaydalarında əks edilir şagirdin müəllimə qarşı hörmətsizliyi və ya şagird yoldaşına qarşı hörmətsizliyi və s. Bütün bunlar təbii ki, həmin qaydalar çərçivəsində mütləq şəkildə tənzimlənir və düşünürəm ki, tənzimlənir. Məktəb şagirdlərdə nizamın formalaşdırılması üçün çox gözəl bir mühitdir. Bu baxımdan hesab edirəm ki, məktəblərdə telefon qadağası ona fokuslanmaq məqsədi ilə deyil, şagirdin daha çox dərsə fokuslanması üçündür".


Arzu İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər