Sağlam bədəndə sağlam ruh olar...
İnsanın sağlamlıq vəziyyəti onun ruh halına da, təsir göstərir.
Mövzu ilə bağlı psixoloq Leyla Əli bildirib ki, fiziki və psixoloji sağlamlıq bir-biri ilə sıx əlaqəlidir:
"Fiziki sağlamlıq əhval-ruhiyyəni yaxşılaşdırmağa və stressin azalmasına kömək edir. Fiziki fəaliyyət zamanı orqanizm əhval-ruhiyyəni yaxşılaşdıran, stressi azaldan və özünə inamı artıran endorfinlər ifraz edir. Ailə və cəmiyyət uşaqlıqdan şəxsi nümunə vasitəsilə bacarıqlar, dəyərlər və vərdişlər aşılamaq, dəstəkləyici mühit yaratmaq və birgə fəaliyyət göstərməklə sağlam həyat tərzini formalaşdırır. Gənclər arasında sağlam həyat tərzinin təbliği üçün kompleks yanaşmadan, o cümlədən sağlam həyat tərzinin prinsipləri haqqında maarifləndirmə, idmana və ictimai fəaliyyətə cəlb olunma, müsbət nümunələrin təbliği üçün müasir mediadan istifadə, o cümlədən böyüklərin şəxsi nümunəsinin rolu və qanunvericilik tədbirlərindən istifadə etmək lazımdır".

Kərimova Türkanə
