Şahbaz Şərif Azərbaycana gəlir - Paradda iştirak edəcək
Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana səfər edəcək, Zəfər paradında iştirak edəcək.
"İnformator.az" xəbər verir ki, bunu "APA'ya açıqlamasında Pakistan İslam Respublikası Senatının sədri Seyid Yusif Rza Gilani deyib.
Senat sədri bildirib ki, Pakistan ən yüksək səviyyədə 8 Noyabrda keçiriləcək Zəfər paradında iştirak edəcək:
“Çünki Azərbaycanla münasibətlərimizin analoqu yoxdur”.
