Sahil minlərlə kartof və soğanla dolub
İngiltərənin cənub-şərqində yerləşən İstborn (Eastbourne) şəhəri yaxınlığındakı bir sahil bu ayın əvvəlində bir yük gəmisindən dənizə düşən konteynerlər səbəbindən minlərlə paket dondurulan kartof qızartması və soğanla dolub.
East Sussex sahillərində təmizlik əməliyyatı çərşənbə axşamı başlayarkən, bölgə sakinləri sahilin görünüşünü “tropik adadakı qızılı sarı qumlar”a bənzədiblər. Lakin bu görüntünün arxasında 1,5 metrədək dərinliyə çatan çiy kartof və soğan yığınlarının olduğu məlum olub.
TRT Haber
Arzu Poladova
