00:00:00
Yazar
Admin User
21.04.2025 11:14 151 1 dəq oxuma
Sosial

Şahin Bağırov Tovuz Regional Voleybol Klubunun üzvləri ilə görüşüb

Şahin Bağırov Tovuz Regional Voleybol Klubunun üzvləri ilə görüşüb

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Tovuz Regional Voleybol Klubunun üzvləri ilə görüşüb.

 


"İnformator.az" "Report"a istinadən xəbər verir ki, AVF rəhbəri bölgədə voleybolun inkişafı ilə tanış olub, mövcud infrastruktur və perspektivlər barədə geniş müzakirələr aparıb.

 

 

Görüş zamanı klub üzvlərinin fəaliyyəti ilə yaxından tanış olan Ş.Bağırov onların hazırlıq səviyyəsi, məşq şəraiti və idman nailiyyətləri ilə maraqlanıb, həmçinin gənc voleybolçulara tövsiyələrini verib.

O, bölgələrdə idmanın inkişafının prioritet istiqamətlərdən biri olduğunu vurğulayaraq, AVF tərəfindən bu sahəyə daim diqqət və dəstəyin göstəriləcəyini qeyd edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər