00:00:00
Yazar
Admin User
17.07.2025 07:47 171 1 dəq oxuma
Sosial

Salyan şəhər mərkəzində qaz təchizatı dayandırılıb

Salyan şəhər mərkəzində qaz təchizatı dayandırılıb

Salyan şəhər mərkəzinin təbii qaz təchizatı dayandırılıb.

 

"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

 

Bildirilib ki, "Salyan daxili" QTM-dən qidalanan şəhər mərkəzini təbii qazla təmin edən 160 mm-lik PE yeraltı orta təzyiqli qaz kəmərini kanalizasiya xətti çəkən podratçı şirkətə məxsus texnika tərəfindən qazıntı işləri aparan zaman zədələnməsi nəticəsində 17.07.2025-ci il saat 10:15-dən etibarən təmir işləri başa çatanadək Salyan şəhər mərkəzinin (ümumi 6 000 abonent) qaz təchizatı daxildən dayandırılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər