Samir Vəliyev: Rusiyada irqçilik və şovinizm dövlət siyasətinə çevrilib
"Son illər Rusiya Federasiyasında miqrantlara, xüsusilə də azərbaycanlılara qarşı münasibət ciddi narahatlıq doğurur. Artıq bu ölkədə dövlət səviyyəsində yürüdülən irqçi və şovinist siyasətin sadəcə dərinləşdiyini deyil, bütün çılpaqlığı ilə özünü büruzə verdiyini açıq şəkildə görürük".
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, Rusiyada baş verən hadisələr bu ölkədə şovinizmin, diskriminasiyanın , milli ayrıseçkiliyin bariz nümunələridir. Yekaterinburqda baş verənlər prosesin idarə olunduğunu aydın göstərir. İyunun 27-də Yekaterinburqda Azərbaycan əsilli şəxslərə qarşı həyata keçirilmiş genişmiqyaslı polis əməliyyatı nəticəsində beş azərbaycanlının öldürülməsi, digərlərinin ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi və onlarla şəxsin döyülməsi bu tendensiyanın bariz nümunəsidir. Evlərin dağıdılması, şəxsi əşyaların küçəyə atılması əməliyyatın təkcə hüquqi deyil, həm də mənəvi cəhətdən qəbuledilməz və təhqiramiz xarakter daşıdığını göstərir. Bu, etnik motivli hədəfləmənin və ayrıseçkiliyin açıq nümunəsidir.