00:00:00
Yazar
Admin User
26.08.2025 15:02 77 1 dəq oxuma
Dünya

Samsunda çuvaldan narkotik həblər tapılıb

Samsunda çuvaldan narkotik həblər tapılıb

Samsunda bir evin çardağında çuval və zibil torbalarının içində sintetik narkotik həblər aşkar olunub. Məlumata görə, Samsun İl Polis İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə Şöbəsi əməkdaşları narkotik maddələrin dövriyyəsinin qarşısını almaq məqsədilə həyata keçirdikləri əməliyyat zamanı İlkadım rayonunda Y.G.S. (27 yaş) adlı şəxsin mənzilində axtarış aparıblar.

 

Axtarış zamanı evin çardağında kömür çuvalı və zibil torbaları içində gizlədilmiş 45 min ədəd sintetik həblər ələ keçirilib. Hadisə ilə bağlı şübhəli şəxs saxlanılıb.

 

Polisdə dindirməsi başa çatan Y.G.S. bu gün Samsun Məhkəməsinə göndərilib.

 

A XƏBƏR

Nərgiz Əzizli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər