“Samsung”dan “Apple” şirkətini geridə buraxacaq
Çərşənbə günü mətbuat görüşündə “Samsung Electronics”şirkəti yeni və funksional süni intellekt modeli istehsal etdiyini və proqram təminatının yaxın ərəfələrdə bütün “Samsung” cihazlarını əhatə edəcəyini bildirib.
İnkişaf mərhələsində olan genişşaxəli tətbiqin, dünyanın süni intellekt nəhənglərindən olan “OPEN AI”ni də dəstəkləyəcəyini bildirib.
Generativ süni intellektin müxtəlif dil tətbiqlərini dəstəkləyəcəyini də qeyd edib. “Samsung” bu tətbiqin adını məşhur riyaziyyatçı Fridirix Qauss’un şərəfinə “Gauss” adlandırıb.
Həmçinin “Samsung” bildirir ki, ”Gauss” proqram təminatı hazırda tərkibində çalışan işçilərin əmək məhsuldarlığının artırılmasında istifadə olunur, lakin hələ erkən inkişaf mərhələsindədir, müxtəlif tətbiqlər üçün inkişaf etdiriləcək.
Əli Məmmədli
