00:00:00
Yazar
Admin User
26.06.2025 18:20 98 1 dəq oxuma
Dünya

Sançes AB-ni sərt tənqid edib

Sançes AB-ni sərt tənqid edib

İspaniyanın Baş naziri Pedro Sançes AB-ni Rusiya və İsrailə qarşı sanksiyalarla bağlı qeyri-ardıcıl siyasətinə görə tənqid edib.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, o, bu barədə Avropa Şurasında çıxış edərkən deyib.


Sançez AB-nin Rusiyaya qarşı 18 sanksiya paketi tətbiq etdiyini, lakin İsrailin müqavilənin insan haqları ilə bağlı maddələrini ciddi şəkildə pozmasına baxmayaraq, Təl-Əvivlə əməkdaşlığı davam etdirdiyini bildirib:

 

"Biz İsrailə qarşı eyni şeyi etmədikcə, Rusiyaya qarşı 17 sanksiya paketi tətbiq etməyin mənası yoxdur. Avropa ikili standartlar tətbiq edir və hətta İsraillə tərəfdaşlıq sazişini dayandıra bilməz".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər