Sancho ‘’Dortmund’’ a geri qayıdır?
İngiltərə futbolunun son illərdə yetişdirdiyi mühüm istedadlardan biri olan Jadon Sancho ‘’Borussiya Dortmund’’ dan ayrılaraq Mançester Yunaytedə yollandı.
Ancaq öz ölkəsində istədiyini tapmayan Sançonun fasilədə Dortmund klubuna icarə əsasında keçidi gözlənilir.
Fabrizio Romanonun xəbərinə görə,"Mançester Yunayted" və "Borussiya Dortmund" klubları arasında danışıqlar yekunlaşdıqdan sonra Sanço Almaniya komandasının hazırlıq düşərgəsinə yola düşməyi gözləyir.
Xəbərdə Dortmund klubunun Sançonu icarəyə götürəcəyi bildirilərkən, iki klub arasında danışıqların son mərhələdə olduğu bildirilib.
2021-ci ildə ‘’ Borussiya Dortmund’’ dan ‘’Mançester Yunayted"ə 85 milyon avroya transfer olunan Ceydon Sanço Almaniya yığması ilə 137 rəsmi matçda 50 qol vurub, 64 məhsuldar ötürmə edib.
Ayaz Zeynalzadə
