00:00:00
Yazar
Admin User
17.09.2025 16:19 108 1 dəq oxuma
Siyasət

“Sanksiyaların məqsədi Rusiyanın resurs imkanlarını zəiflətməkdir”

“Sanksiyaların məqsədi Rusiyanın resurs imkanlarını zəiflətməkdir”

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların 19-cu raundu çərçivəsində bir neçə Çin şirkətinə məhdudiyyətlər qoya bilər.

Bildirilib ki, sentyabrın 19-da gözlənilən məhdudiyyətlərin növbəti raundu ilə bağlı müzakirələrə Çindən daha çox hüquqi şəxslərin sanksiyalar siyahısına daxil edilməsi məsələsi də yer alacaq.

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa İttifaqının Rusiyaya qarşı 19-cu sanksiya raundunun əsas məqsədi Moskvanın iqtisadi və texnoloji imkanlarını daha da məhdudlaşdırmaq, həmçinin Ukrayna müharibəsində Rusiyanın resurs təminatını zəiflətməkdir:


“Bu sanksiyalarla Aİ yalnız Rusiyanı deyil, eyni zamanda onun üçün dolayı yollarla dəstək göstərən xarici şirkətləri də hədəfə alaraq sanksiyaların effektivliyini artırmağa çalışır. Çin şirkətlərinin siyahıya daxil edilməsi isə Avropa–Çin münasibətlərində əlavə gərginlik yarada bilər. Çünki Pekin öz kommersiya strukturlarının bu şəkildə hədəfə alınmasını “ədalətsiz yanaşma” kimi qiymətləndirə bilər. Bu isə Avropa ilə Çin arasında həm iqtisadi əməkdaşlığa, həm də siyasi dialoqa mənfi təsir göstərə bilər. Çin cavab addımı kimi Avropa məhsullarına qarşı məhdudiyyətlər tətbiq edə, müəyyən sektorlar üzrə qarşı sanksiyalar irəli sürə bilər. Bundan əlavə, Pekin diplomatik kanallar vasitəsilə Aİ-yə təzyiq göstərərək şirkətlərinin sanksiyalardan çıxarılmasını tələb edə bilər. Bütün bunlar Avropa ilə Çin arasında münasibətlərin daha mürəkkəb və balanssız məcraya yönəlməsinə səbəb ola bilər”.


Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər