00:00:00
Yazar
Admin User
16.10.2023 14:08 469 2 dəq oxuma
Sosial

Şanxaydakı metroda belə Bakıdakı kimi sıxlıq yoxdur

Şanxaydakı metroda belə Bakıdakı kimi sıxlıq yoxdur

“Bakıda rəsmi rəqəmlərə görə 2 milyon, qeyri-rəsmi məlumatlara əsasən də, 3 milyona yaxın əhali yaşayır. Amma dünyada 3 milyon və ondan yüksək əhalisi olan şəhərlərin statistikasına nəzər yetirsək, Bakının o qədər də qeyri-adi vəziyyətdə olmadığının şahidi oluruq”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli söyləyib. Ekspert deyir ki, Çinin özündə 10 milyondan çox əhalinin yaşadığı 20 şəhərin adını çəkmək olar.

 

“Rusiya, Türkiyə, Avropada elə şəhərlər var ki, onların sayı Bakıdan olduqca çoxdur. Bakı böyük deyil ki, əhalisi də çox olsun. Amma Bakıda təsərrüfatla bağlı problemlər, infrastrukturun planlaşdırılması, şəhərin genişlənməsinə dair fəsadlar özünü göstərir. Bakının ərazisi genişlənməlidir. Xüsusilə, şəhər Mərdəkan, Bilgəh, Lökbatan istiqamətdə genişlənməli, ərazisi bölünməlidir. Yeni şəhərsalmada binaları şəhərin mərkəzində qurmamalıyıq”.

 

Ekspert qeyd edir ki, biz şəhəri düzgün planlaşdıra bilmirik.

 

“Şanxaydakı metroda belə Bakıdakı kimi sıxlıq yoxdur. Səbəbi isə, xarici ölkələrdə metroların 1 ya da 2 yox, 12 xəttən ibarət olmasıdır. Moskvadakı metro, ümumiyyətlə, başqa aləmdir. Biz metronu, ictimai nəqliyatı düzgün planlaşdırmayanda və şəhəri genişləndirmək üçün tədbirlər görməyəndə, deyirik ki, əhali çoxdur. Azərbaycanın 10 milyon əhalisi qədər dünyada şəhərlər var ki, onlarda ictimai nəqliyyatın planlaşdırılması, şəhərsalma öz qaydasındadır”.

 

Xalid Kərimli düşünür ki, Bakı əhali cəhətdən çox ola bilər, amma şəhərin inzibatçılıq, şəhərsalmanın köklü dəyişməsi, nəqliyyatın inkişafı kimi yeniliklərə ehtiyacı var.

 

“Biz ölkədəki sahibkarlara müdaxilə etməməliyik. Bakının təsərrüfatına cavab verən şəxslər şəhərin mərkəzində, infrastrukturun imkan vermədi, kanalizasiyanın olmadığı ərazilərdə binalar inşa etməməlidirlər. Kanalizasiya sistemi Bakıda yenidən qurulmalıdır. Kanalizasiya təmizlənmədən Xəzərə tökülür. Gələcəkdə Bakı bundan da neçə dəfə böyük ola bilər. Dünyadan Bakıdan böyük şəhərlər, bizdən çox inkişaf edib. Biz idarəetmədə problemləri ört-basdır edərək, bəhanələr axtarmamalıyıq”.

 

Həcər Əmiraslanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər