00:00:00
Yazar
Admin User
11.11.2025 12:42 155 2 dəq oxuma
Siyasət

Şara və Tramp nələri müzakirə edib?

Şara və Tramp nələri müzakirə edib?

 

Suriyanın Prezidenti Əhməd Şara Ağ Evdə ABŞ Prezidenti Donald Trampla ikitərəfli münasibətlərin gücləndirilməsi və regional məsələləri müzakirə edib.Bu barədə Suriya liderinin ofisi məlumat yayıb. Görüşdə həmçinin Suriya XİN rəhbəri Əsəd Şeybani və ABŞ dövlət katibi Marko Rubio iştirak edib.

 

 

Mövzu ilə bağlı “İnformator.az”a Ağ Partiya başqanının müavini, beynəlxalq məsələlər üzrə şərhçi Cavanşir Abbaslı danışıb:

 

“Suriyada məlum hakimiyyət dəyişikliyindən və ehtimal hökumətinin formalaşmasından sonra ölkənin gələcəyi baxımından yeni bir mərhələnin əsası qoyulub. Suriyada çox ciddi proseslər gedir və xüsusilə Prezident Əhməd Şaranın Amerikaya səfəri bu prosesin mühüm tərkib hissəsidir. Artıq Suriya Yaxın Şərqdə əsas aparıcı ölkələrdən birinə çevrilməkdədir. Bu prosesdə, təbii ki, Türkiyənin rolu danılmazdır. Heç kimə sirr deyil ki, Bəşər Əsəd hakimiyyətinin sona çatmasında Türkiyə başlıca rol oynayıb. 

 

Hazırkı mərhələdə Suriya-Türkiyə münasibətlərinin yeni istiqamət qazanması Azərbaycan baxımından da mühüm əhəmiyyət daşıyır. Çünki Suriyada baş verən hadisələrdə Türkiyənin rolu böyükdür və Türkiyə-Azərbaycan münasibətlərinin dərinliyi bu proseslərin region üçün önəmini daha da artırır”. 

 

C.Abbaslı qeyd edib ki, digər tərəfdən, ABŞ-də Suriyada təsirinin qalmasında maraqlıdır. Rusiya son zamanlar bölgədə mövqelərini itirdiyinin fərqindədir və ABŞ bu boşluğu doldurmaq niyyətindədir:

 

“Bu baxımdan, Suriyadakı yeni hökumətin ABŞ-lə yaxın münasibətlər qurmaqda maraqlı olması təbiidir. Şübhəsiz ki, yaxın Şərqdə güc balansına Şaranın səfəri və bu səfər ətrafında formalaşan siyasi dialoqlar ciddi təsir göstərəcək. Hətta demək olar ki, regiondakı siyasi qüvvələr nisbəti dəyişəcək və bu dəyişimin mərkəzində məhz Suriya dayanacaq. Əhməd Şaranın gəlişi və yeni hökumətin fəaliyyəti Suriyanın digər ölkələrlə əlaqələrinin bərpası baxımından böyük əhəmiyyət kəsb edir. Bu proseslər həm Suriyanın dövlətçiliyinin möhkəmlənməsinə, həm də regionda sabitliyin təmin olunmasına xidmət edəcək”. 

 

C.Abbaslı son olaraq açıqlamasına əlavə edib ki, ABŞ senatorları Marko Rubio və Esşeş Eyvərinin prosesdə iştirakı da diqqətəlayiqdir:

 

“Əvvəllər Suriyayla daha sərt tonda aparılan danışıqlar indi qarşılıqlı hörmət müstəvisinə keçib. İndi Suriyaya və onun yeni hökumətinə hörmətlə yanaşılır, ölkə ilə münasibətlərin pozulmasının bölgə üçün mənfi nəticələr doğura biləcəyi dərk olunur.

 

Nəticə etibarilə, Suriyadakı yeni hökumətə uğurlar arzulamaq lazımdır. Çünki Suriyanın güclənməsi həm qardaş Türkiyə, həm də Azərbaycanın xarici siyasət maraqları baxımından mühüm əhəmiyyət daşıyır”.

 

Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər