00:00:00
Yazar
Admin User
09.11.2025 16:12 98 1 dəq oxuma
Dünya

Şaradan sanksiyalarla bağlı mühüm açıqlama...

Şaradan sanksiyalarla bağlı mühüm açıqlama...

Suriya Prezidenti Əhməd Şara ölkəyə qarşı Qərbin tətbiq etdiyi sanksiyaların tam ləğvinə nail olmağı hədəflədiklərini bildirib.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, o bu barədə ABŞ-yə səfəri çərçivəsində Vaşinqtonda suriyalı icma nümayəndələri ilə görüş zamanı danışıb.

Onun sözlərinə görə, sanksiyaların aradan qaldırılması Suriya üçün həm iqtisadi sabitliyin bərpası, həm də beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından vacibdir:

“Biz ədalətsiz sanksiyalara qarşı mübarizənin son mərhələsinə daxil olmuşuq. Bu mübarizə onların tam ləğvi ilə nəticələnəcək. Bu, ölkənin bərpası və inkişafı üçün əsas şərtdir.”

Şara diaspor nümayəndələrini Suriyanın bərpa prosesində fəal rol oynamağa çağırıb:

“Ölkənin yenidən qurulması bütün suriyalıların iştirakı ilə mümkün olacaq".

Qeyd edək ki, Suriyaya qarşı ABŞ və Avropa İttifaqı tərəfindən tətbiq edilən sanksiyalar ölkənin bir sıra iqtisadi və maliyyə sahələrini ciddi şəkildə məhdudlaşdırır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər