"Şarli Hebdo" Xameneinin karikaturasını dərc edib
Fransanın satirik “Şarli Hebdo” jurnalı sonuncu sayını İranın dini lideri Əli Xameneiyə həsr edib.
"İnfotmator.az" xəbər verir ki, jurnalın üz qabığında Xameneinin karikaturası yayımlanıb.
“Əli Xamenei – 19 aprel 1939 –? iyun 2025. Tarixi ilk təxmin edənə Tehran səfəri hədiyyə!” ifadəsi yer alıb.
Bununla nəşr Xameneiyə sui-qəsd edilə biləcəyinə işarə edib.
Qeyd edək ki, jurnalın bu sayı çərşənbə günü satışa çıxarılıb.