00:00:00
Yazar
Admin User
05.04.2025 13:43 248 1 dəq oxuma
Siyasət

Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng etdi

Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng etdi

Aprelin 5-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumatında bildirilib.

 

Qeyd edilib ki, telefon danışığı əsnasında dövlət başçıları ikitərəfli və çoxtərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər.

 

İqtisadi, ticari, investisiya və humanitar sahələrdə layihələrin icrasının sürətləndirilməsinin vacibliyinə toxunulub.

 

Prezidentlər yüksəksəviyyəli gələcək görüşlər barədə fikir mübadiləsi aparıblar.

 

Telefon danışığı zamanı regional, o cümlədən Türk Dövlətləri Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyət müzakirə olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər