Selimiye UNESCO kriteriyalarına uyğun şəkildə bərpa olunur
Edirnədə illik ziyarətçi sayı 1 milyonu keçən, Mimar Sinanın "ustalıq əsərim" dediyi Selimiye məscidində 25 noyabr 2021-ci ildə başlanan bərpa işləri davam edir. Bir hissəsi ziyarət və ibadət üçün açıq saxlanılan tarixi tikilidə, qurğuşun örtüklərin yenilənməsi və daşların təmiri tamamlanıb, dörd minarənin hamısında işlər bitirilib və iskelelər sökülüb. Məsciddə son olaraq kündəkari giriş qapıları ilə pəncərə kepenklərinin konservasiya və bərpa işləri də keçən ilin oktyabr ayında başa çatdırılıb.
“VARLIĞIN STATUSUNU RİSKƏ ATA BİLƏR”
Digər tərəfdən, tarixi məsciddə davam edən bərpa işləri ilə bağlı açıqlama verən Beynəlxalq Abidələr və Tarixi Yerlər Şurası (ICOMOS), əsas günbəzdə davam edən XVIII əsrə aid qələm işlərinə diqqət çəkdi. Açıqlamada, sözügedən qələm işlərinin sökülməsi və yenidən şərh olunmasını nəzərdə tutan yeni layihənin tikiliyə zərər verəcəyi qeyd edilərək, “UNESCO Dünya İrs Siyahısı çərçivəsində Üstün Ümumbəşəri Dəyərə zərər verəcək müdaxilələr abidənin statusunu riskə ata bilər” ifadələrinə yer verilib.
“UNESCO KRİTERİYALARINA UYĞUN BƏRPA İŞİ APARILIR”
AK Parti Edirnə millət vəkili Fatma Aksal, Selimiye məscidində UNESCO rəsmiləri və sahəsində ixtisaslaşmış akademiklərlə diqqətli bir iş aparıldığını bildirərək deyib: “UNESCO-dan çıxarılması söz mövzusu ola bilməz. O, dünyanın mirasıdır. Türk-İslam memarlığının baş əsəridir. Təkcə edirnəlilərin deyil, bütün Türkiyənin, artıq Dünya İrs Siyahısında olduğu üçün bütün dünyanın da dəyəridir. Bu səbəbdən də UNESCO-nun kriteriyaları var; bərpa da o kriteriyalara uyğun şəkildə aparılır. Onsuz da bərpa işlərinin bu qədər uzun çəkməsinin səbəbi də UNESCO-ya, mütəxəssislərimizə soruşulması və çox dəyərli müəllimlərimiz tərəfindən olduqca diqqətli bir şəkildə aparılmasıdır. Çox gözəl, layiq olduğu şəkildə ilk dəfə bu qədər geniş bir bərpadan keçir. 600 illik bir əsərdir; inşallah ən az 600 il də gələcək nəsillərə ötürəcəyik. Bu bərpa təxminən növbəti 100 ili təmin edəcək. Çox incə işlər görülür. UNESCO Dünya İrs Siyahısında olduğu üçün bu işin bir parçasıdır. UNESCO siyahısından çıxarılması kimi bir şey söz mövzusu deyil. UNESCO ilə birlikdə hərəkət edilərək bərpa davam edir”, – deyib.
“PAYIZDA AÇILAR”
Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə planlaşdırılan açılış mərasimi üçün sentyabr və ya oktyabr aylarını işarə edən Aksal deyib: “Bunlar çox incə işlərdir, mütəxəssislərin rəyi tələb olunur; tikinti və bərpa ilə bağlı hissələr tamamlanıb. Hal-hazırda görülən işlər qələm işləridir; qələm işlərində də Abidələr Şurasının rəyi lazımdır, UNESCO-nun rəyi lazımdır, bu sahədə ciddi işlər görmüş müəllimlərimizin rəyi lazımdır. Ona görə bu bir az vaxt aparır. Yəqin ki, payızda açılar. Cənab Prezidentimiz də açılışa gələcək. Hal-hazırda Edirnəmiz sakit, dinclik içində, isti. İnşallah payızda, sentyabr-oktyabr aylarında birlikdə Selimiyeni yenidən ibadətə açarıq. Onsuz da tamamilə bağlamamışdıq, amma möhtəşəm bir şəkildə, bütün ihtişamı ilə həm edirnəlilər, həm də xaricdən gələn turistlərin böyük əksəriyyəti Selimiyeni görmək istəyirlər. Ona görə də hamımızın istifadəsinə sentyabr, oktyabr kimi açılar deyə təxmin edirəm”, – deyə danışıb.
Haber Global
Xəlilli Nigar