Senator Vens: Ukraynanın maliyyələşdirilməsi ABŞ-ın maraqlarına cavab vermir
Kiyevin maliyyələşdirilməsi ABŞ-ın özünün maraqlarına uyğun gəlmir və Ukraynanın özündə münaqişə Vaşinqtonun xeyrinə inkişaf etmir. Reuters xəbər verir ki, bunu Ohayo ştatından olan senator Ceyms Vans bildirib.
Siyasətçi Kiyev və Təl-Əvivə hərbi yardım məsələsi ilə bağlı Quincy İnstitutunda keçirilən tədbirdə çıxışı zamanı deyib: “Mən düşünmürəm ki, Ukraynada sonsuz müharibəni maliyyələşdirməyə davam etmək Amerikanın maraqlarına uyğundur”.
Vens onu da qeyd edib ki, ABŞ prezidenti Co Bayden administrasiyasında münaqişənin özü, eləcə də onun həlli yolları barədə dəqiq təsəvvür yoxdur.
Daha əvvəl senator Vens bildirib ki, Ukraynaya yardım paketinin təsdiqlənməsinə baxmayaraq, ABŞ Avropaya qeyri-müəyyən müddətə vəsait ayırmayacağını göstərib: "Biz Avropaya və dünyanın qalan hissəsinə başa sala bildik ki, Amerika sonsuza qədər açıq çeklər yaza bilməz".
