00:00:00
Yazar
Zəri Bayramlı
03.03.2026 09:56 16 1 dəq oxuma
Dünya

SEPAH-ın komanda-idarəetmə məntəqələri məhv edilib

SEPAH-ın komanda-idarəetmə məntəqələri məhv edilib

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komanda-idarəetmə məntəqələrinin məhv edildiyini bildirib.

 

“İnformator.az” xəbər verir ki, bu barədə CENTCOM-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

 

"Davam edən əməliyyatlar çərçivəsində ABŞ qüvvələri SEPAH-ın komanda-idarəetmə məntəqələrini, hava hücumundan müdafiə vasitələrini, raket və pilotsuz uçuş aparatlarının buraxılış meydançalarını, həmçinin hərbi aerodromları məhv edib", - məlumatda qeyd olunub.

Eyni zamanda, bildirilib ki, Birləşmiş Ştatlar bundan sonra da yaxınlaşan təhdidlərə qarşı "qətiyyətli tədbirlər görməyə" davam edəcək.

#yeni #xəbər #azərbaycan #sepah-ın #məhv
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər