Serbiya parlamentindəki davadan narahatıq
Avropa İttifaqı (Aİ) Xarici Əlaqələr Xidmətindən verilən yazılı açıqlamada dünən Serbiya Milli Məclisində baş verən şiddət hadisələri ilə bağlı narahatlıqların olduğu ifadə edilib:
“Parlament bütün vətəndaşların xeyrinə demokratik müzakirələrin aparıldığı bir yer olmalı və üzərinə düşən vəzifəni tam şəkildə yerinə yetirməlidir” ifadəsi işlədilib.
Bəyanatda Serbiyada qeyri-hökumət təşkilatlarını hədəf alan son hadisələrin narahatlıq doğurduğu qeyd edilib və vətəndaş cəmiyyətinin demokratik və plüralist bir cəmiyyətdə həyati rol oynadığı bildirilib.
“Biz Serbiyanı Aİ-nin gələcəyi üçün zəruri islahatları həll etmək üçün bütün maraqlı tərəfləri, o cümlədən siyasi aktorları, institutları və vətəndaş cəmiyyətinin üzvlərini əhatə edən inklüziv dialoq üçün lazımi şərait yaratmaqla gərginliyi azaltmağa çağırırıq”,-deyə bəyanatda bildirilir.
Mənbə: CNN Türk
Nərmin Həşimova