00:00:00
Yazar
Səadət Əlizadə
08.04.2026 19:13 22 1 dəq oxuma
Dünya

Serbiyalı nazir: "Enerji resurslarının tədarükünün artırılmasına dair Azərbaycanla danışıqlar aparırıq"

Serbiyalı nazir: "Enerji resurslarının tədarükünün artırılmasına dair Azərbaycanla danışıqlar aparırıq"

Serbiya ilə Azərbaycan yaxın perspektivdə enerji daşıyıcılarının tədarükü, eləcə də birgə infrastruktur təşəbbüslərinin həyata keçirilməsi məsələlərinə dair danışıqları davam etdirir.


"İnformator.az” xəbər verir ki, bu barədə Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviç Azərbaycana səfərinin yekunlarına dair sosial şəbəkə səhifələrində məlumat verib.


D. Djedoviç Handanoviç Azərbaycanın maliyyə naziri Sahil Babayevlə iki dövlət arasında kompleks qarşılıqlı fəaliyyət barədə danışıqlar apardığını bildirərək, enerji resurslarının ikitərəfli ticarət dövriyyəsinin əsasını təşkil etdiyini xüsusi vurğulayıb:


"Azərbaycandan təbii qaz tədarükünün həcmi 3 il əvvəl əməkdaşlığımıza (bu istiqamətdə -red.) başladığımız vaxtdan bəri iki dəfə artıb. Biz qarşıdakı dövr üçün enerji daşıyıcılarının tədarükü, eləcə də ümumi infrastruktur layihələri barədə danışıqları aparırıq".

#danışıqlar #azərbaycanla #aparırıq" #baki #nazir:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər