Serbiyanın 1800 məktəbinə 2 polis məmuru yerləşdirilib
Serbiyada bu gün səhər saatlarından etibarən 1800 məktəbin hər birində 2 polis işə başlayıb.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, mayın 3-də Serbiyanın paytaxtı Belqradda bir ibtidai məktəbdə 14 yaşlı şagirdin hücumu nəticəsində 9 nəfərin həlak olmasından sonra təhsil müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
Ölkənin cənubundakı Nis şəhərindəki Njeqos İbtidai məktəbinin direktoru Bojan Krstic verdiyi açıqlamada "Bu gündən etibarən 1800 məktəbdə 2 polis bütün günü mühafizədə olacaq", - deyib.
Yerli mətbuatda gedən xəbərlərdə polislərin meydan, küçə, qatar, avtobus dayanacağı kimi insanların çox olduğu yerlərdə olduğu da paylaşılıb.
