Seul KXDR-in təlimlərdə yaylım atəşli reaktiv sistemlərdən 10 mərmi atdığını açıqlayıb
KXDR hərbçilərinin dekabrın 9-da keçirdikləri təlimlər çərçivəsində yaylım atəşli reaktiv sistemlərdən 10-a yaxın mərmi atdıqları iddia edilir.
"İnformator.az" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin zabitinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Şimali Koreya ordusu "Sarı dənizə doğru 10 ədəd 240 mm-lik raket atıb. Bunun təlimin bir hissəsi olduğu bildirilir.
"Yonhap" qeyd edib ki, Koreya Xalq Ordusu adətən dekabr ayında başlayan qış təlimləri keçirir.