00:00:00
Yazar
Admin User
19.11.2025 19:30 119 1 dəq oxuma
Dünya

Şeybani Mirzoyanı təbrik edib

Şeybani Mirzoyanı təbrik edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan suriyalı həmkarı Əsəd Şeybani ilə telefon danışığı aparıb.

 

"İnformator.az"xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

 

Məlumata əsasən, tərəflər regional prosesləri müzakirə ediblər.

 

Suriya XİN rəhbəri Mirzoyanı 8 avqustda Vaşinqtonda əldə olunmuş razılaşmaların nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin paraflanması münasibətilə təbrik edib. Nazirlər sülhün daha da möhkəmləndirilməsinə yönəlmiş addımlar barədə fikir mübadiləsi aparıblar.

 

Həmçinin, söhbət zamanı ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə olunub və siyasi dialoqun, qarşılıqlı səfərlərin və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın aktivləşdirilməsi barədə razılıq əldə olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər