Səhiyyə yönümlü QHT-lər arasında ictimai iştirakçılığın hüquqi əsasları təşviq edilib
İctimai nəzarət dövlət idarəetməsinin əsas komponentlərindən biri sayılır və vətəndaş cəmiyyətinin ictimaiəhəmiyyətli məsələlərlə bağlı qərarların hazırlanması, qəbulu və icrasında iştirakını nəzərdə tutur. Bumünasibətləri tənzimləyən “İctimai iştirakçılıq” haqqında qanunda ictimai nəzarət alətlərindən istifadə qaydaları, iştirakçılığın formaları əks olunub.
Səhiyyə mütəxəssisləri və QHT təmsilçiləri arasında ictimai iştirakçılığın qanunvericilik bazasını təşviq etmək, bu istiqamətdə onların potensialını artırmaq və aidiyyatı dövlət qurumları yanında yaradılan ictimai şuralarda iştirakçılığını dəstəkləmək məqsədilə “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti” (ECSOFT) layihəsi çərçivəsində icra olunan “Səhiyyə sahəsində ictimai iştirakçılıq təşəbbüslərinin təbliği” adlı fəaliyyətlər həyata keçirilib.
Bu barədə İnformator.az-a “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri Ziba Nəbiyeva məlumat verib. O, bildirib ki, qeyd olunan fəaliyyətlər sırasında səhiyyə yönümlü QHT-lərin “İctimai iştirakçılıq haqqında” qanun və “İctimai şuraların vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsi haqqındaƏsasnamə” ilə bağlı biliklərinin qiymətləndirilməsi üçün onlayn sorğu keçirilib. 20 sualdan ibarət olan elektron sorğu elə tərtib olunub ki, respondentlər formanı doldurduqdan sonra onlara topladıqları ballar və düzgün cavablar avtomatik göndərilib. Beləliklə, sorğu respondentlərin ictimai şuralara seçkilərin keçirilməsi barədə məlumatlılıq səviyyəsini dəyərləndirilməklə yanaşı, həm də bu istiqamətdə onları maarifləndirmək funksiyasını daşıyıb.
Sorğuda 50-ə yaxın səhiyyə yönümlü QHT nümayəndələri iştirak edib. Onlar ictimai iştirakçılığın hüquqi əsasını təşkil edən sənədlər və "Ictimai şuraların fəaliyyətinə dair bələdçi" adlı elektron vəsaitlə də təmin olunublar.
