00:00:00
Yazar
Admin User
17.10.2025 13:50 117 2 dəq oxuma
Siyasət

Si Szinpinin qərarı qlobal narazılıq yaradıb

Si Szinpinin qərarı qlobal narazılıq yaradıb

ABŞ və Çin arasında ticarət gərginliyi yeni mərhələyə qədəm qoyub. “Blumberq”in məlumatına görə, Si Szinpinin nadir torpaq metalları ixracına nəzarəti sərtləşdirməsi beynəlxalq narazılıq doğurub.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi analitik Turab Rzayev bildirib ki, Çinin bu siyasətinin bir neçə məqsədi var:

 

"Əsas məqsəd ABŞ-nin iqtisadi sanksiyalarına qarşı real təzyiq vasitəsi əldə etməkdir: nadir metallarda ilkin hasilatın təxminən 70 faizi, emal və hazır məhsul istehsalının isə 90 faizi Çinin nəzarətindədir. Bu resurslar üzərində kvota və ixrac məhdudiyyəti tətbiq etməklə Çin ABŞ-nin texnoloji və hərbi istehsalını çətinləşdirməyə çalışır. Dünya üzrə silah ehtiyatlarının məhdud olması və ABŞ-nin hərbi istehsalı sürətləndirmə niyyəti fonunda nadir metallara çıxışın məhdudlaşdırılması strateji əhəmiyyət daşıyır. Müasir silahlarda, təyyarə, raket, dron və kosmik texnologiyalarda bu metallar müstəsna rol oynayır. Çin həm öz istehsalını gücləndirir, həm də müttəfiqlərinə—xüsusilə İran və Venesuela—dəstək verə biləcək tədarük zəncirlərini qorumağa çalışır. Çinin məqsədi həm ABŞ-nin bu ölkələrə qarşı hərbi əməliyyat hazırlığını çətinləşdirmək, həm də Rusiya və Çin müttəfiqliyini möhkəmləndirməkdir. Əvvəl ABŞ bu metallara üçüncü ölkələr və ya köhnə sursatlar vasitəsilə çıxış tapırdı; indi isə Çin həmin kanalları da daraldır. Nəticədə nadir metallara nəzarətin güclənməsi iqtisadi müstəvidə yeni bir rəqabət və “metallar müharibəsi” riski yaradır. ABŞ isə bu asılılığı azaltmaq üçün başqa ölkələrdə hasilatı artırmaq və emal imkanlarını sürətləndirmək istiqamətində investisiyaları artıracaq, lakin bu uzunmüddətli prosesdir".

 

Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər