Sibiqa Ukrayna və Suriya səfirliklərinin fəaliyyətinin tezliklə bərpa olunacağını deyib
Ukrayna və Suriyanın diplomatik nümayəndəlikləri müvafiq olaraq Dəməşq və Kiyevdə fəaliyyətlərini bərpa edəcək.
"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Andrey Sibiqa "X" sosial şəbəkəsində bildirib.
"Biz yaxın vaxtlarda Kiyev və Dəməşqdə səfirliklərin yenidən açılması barədə razılığa gəldik. Bu, tərəfdaşlığımızın dərinləşməsi yolunda əhəmiyyətli bir addımdır", - nazir vurğulayıb.
O əlavə edib ki, 2025-ci ilin avqustunda diplomatik münasibətlərin bərpası haqqında Birgə Kommünikenin imzalanmasından bəri Ukrayna və Suriya arasında ikitərəfli ticarət dövriyyəsi artıq doqquz dəfə artıb.