00:00:00
Yazar
Admin User
12.10.2025 11:12 114 1 dəq oxuma
Dünya

Şimali Koreya HIMARS-a bənzər raket sistemi təqdim edib

Şimali Koreya HIMARS-a bənzər raket sistemi təqdim edib

Şimali Koreya ABŞ-nin HIMARS sisteminə bənzər yeni reaktiv yaylım atəşi qurğusunu təqdim edib.

 

"İnformator.az" xəbər verir ki, silah Pxenyanda keçirilən hərbi paradda nümayiş etdirilib. Fotoları Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) yayıb.

 

Yeni sistem üçoxlu yük avtomobili şassisində yerləşdirilib və iki buraxılış bölməsinə malikdir. Hələlik kalibr açıqlanmasa da, görüntülərdə 240 mm-lik raketlər və “Hwasong 11” tipli ballistik raket üçün nəzərdə tutulmuş hissələr görünür.

 

Mütəxəssislər bildirirlər ki, Pxenyan bu sistemlə ABŞ-nin HIMARS kompleksinə birbaşa alternativ yaradıb. İki buraxılış bölməsi isə onu M270/MLRS tipli sistemlərlə eyni səviyyəyə yaxınlaşdırır.


Qeyd edək ki, Şimali Koreya bundan əvvəl də “Hwasong-11Ma” adlı hipersəs raket sistemini təqdim etmişdi. Analitiklər bu raketi Rusiya istehsalı “İskander-M” kompleksinə bənzədirlər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər