Şimali Koreya lideri Kim Rusiyaya qeyd-şərtsiz dəstək vədi verib
Şimali Koreya lideri Kim Çen In, Ukrayna müharibəsi də daxil olmaqla, bütün əsas beynəlxalq siyasi məsələlərdə Rusiyanı qeyd-şərtsiz dəstəkləyəcəyini bildirib.
Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA), Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Şimali Koreyanın paytaxtı Pxenyana etdiyi səfərlə bağlı açıqlama yayıb.
Açıqlamaya görə, tərəflər genişmiqyaslı strateji tərəfdaşlığın gücləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın artırılması məsələlərini müzakirə ediblər.
Görüş zamanı Kim, Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla, bütün əsas beynəlxalq siyasi məsələlərdə Rusiyanı qeyd-şərtsiz dəstəkləyəcəyini ifadə edib.
Şimali Koreya lideri Kim dünən Pxenyanda Sergey Şoyqunu qəbul edib.
Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib ki, tərəflər beynəlxalq məsələlərlə yanaşı, Rusiya ilə Şimali Koreya arasında ikitərəfli əməkdaşlıq məsələlərini də müzakirə ediblər.
Haber Global
Nuray Əliyeva