00:00:00
Yazar
Güllər Gülhüseynova
26.02.2026 09:41 18 1 dəq oxuma
Dünya

Şimali Koreya ölkənin nüvə arsenalını genişləndirmək niyyətindədir

Şimali Koreya ölkənin nüvə arsenalını genişləndirmək niyyətindədir

Koreya Xalq Demokratik Respublikası (KXDR) ölkənin nüvə arsenalının genişləndirilməsinə diqqət yetirəcək.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Kim Çen İn Pxenyanda hakim Əmək Partiyasının doqquzuncu qurultayının başa çatması münasibətilə keçirilən hərbi paradda bəyanat verib.

 

"Partiyamız milli nüvə enerjimizi daha da genişləndirmək, gücləndirmək və nüvə dövləti statusumuzdan tam şəkildə yararlanmaqda qərarlıdır", - deyə Kim Çen İn bildirib.

KXDR Sədri həmçinin qeyd edib ki, ABŞ ilə münasibətlərin yaxşılaşdırılması perspektivləri tamamilə Vaşinqtonun mövqeyindən asılıdır. Onun sözlərinə görə, əgər ABŞ ölkənin hazırkı statusuna hörmət edərək Şimali Koreya ilə qarşıdurma siyasətindən əl çəkərsə, dövlətlərin "yaxşı yola getməməsi" üçün heç bir səbəb yoxdur.

#azərbaycan #koreya #xəbər #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər