00:00:00
Yazar
Admin User
13.10.2025 18:57 105 2 dəq oxuma
Siyasət

Şimali Koreya və Vyetnam əməkdaşlığı genişləndirir

Şimali Koreya və Vyetnam əməkdaşlığı genişləndirir

Şimali Koreya və Vyetnam arasında müdafiə, xarici işlər və səhiyyə sahələrində əməkdaşlığı nəzərdə tutan bir sıra sazişlər imzalanıb.

 

Mövzu ilə bağlı siyasi şərhçi Ülviyyə Zülfiqar “İnformator.az”a açıqlamasında bildirib ki, Şimali Koreya və Vyetnam arasında son imzalanan sazişlər həm regional, həm də qlobal səviyyədə diqqət çəkən addımlardır:

 

“Tarixən Şimali Koreya və Vyetnam, sosialist ölkələri olaraq ideoloji yaxınlıqları ilə seçiliblər, amma uzun illər boyunca hər iki tərəf əsasən iqtisadi və diplomatik əlaqələrə üstünlük verib, hərbi əməkdaşlıq isə daha məhdud səviyyədə olub. İndiki mərhələdə müdafiə, xarici işlər və səhiyyə sahələrini əhatə edən sazişlərin imzalanması, regional təhlükəsizlik balansına müəyyən təsir göstərə bilər. Bu əməkdaşlıq özlüyündə geosiyasi mürəkkəbliyi artırmaq potensialına malikdir. Belə ki, Cənubi Koreya da daxil olmaqla qonşu ölkələr və ABŞ bu yaxınlaşmanı diqqətlə izləyəcək”.

 

Həmçinin şərhçi qeyd edib ki, Vyetnam üçün isə balansı qorumaq əsas məsələdir:

 

“Bir tərəfdən bu sazişdən irəli gələn regional və strateji üstünlüklər, digər tərəfdən Qərblə münasibətlərin davamlılığı əsasdır. Nəticədə, bu əməkdaşlıq həm fürsət, həm də risk kimi dəyərləndirilir. Artıq qeyd elədiyim kimi, bu durum Qərb tərəfindən diqqətlə izlənilir. Qərb ölkələri, xüsusilə ABŞ, bu yaxınlaşmanı ehtiyatla qiymətləndirəcək. ABŞ üçün əsas narahatlıq Şimali Koreyanın nüvə və raket proqramı ilə əlaqəli texnologiyalarının arsenalının genişlənməsi və yayılması, eləcə də regional təhlükəsizliyə təsiridir. Bununla belə, Vyetnamın Qərblə münasibətlərini balanslı saxlaması, iqtisadi və ticarət əlaqələrini davam etdirməsi, potensial böhranların qarşısını almağa nisbətən təsir edə bilər. Dolayısı ilə bu vəziyyət əslində Vyetnam üçün müəyyən risk daşıyan bir haldır”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər