Şimali Koreya və Vyetnam əməkdaşlığı genişləndirir
Şimali Koreya və Vyetnam arasında müdafiə, xarici işlər və səhiyyə sahələrində əməkdaşlığı nəzərdə tutan bir sıra sazişlər imzalanıb.
"İnformator.az" xəbər verir ki, bu barədə KCNA məlumat yayıb.
Bildirilib ki, Vyetnam tərəfi imzalanan sənədlərin məzmunu barədə ətraflı məlumat verməyib.
Vyetnam Kommunist Partiyasının Baş katibi To Lam Şimali Koreyanın Hakim Fəhlə Partiyasının yaranmasının 80 illik yubileyi münasibətilə Pxenyanda keçirilən tədbirlərdə iştirak edib.