00:00:00
Yazar
Admin User
22.10.2025 04:17 106 1 dəq oxuma
Dünya

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb

Koreya Xalq Demokratik Respublikası Yapon dənizinə doğru ballistik raket atıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəislərinə istinadən məlumat yayıb.

 

Bu, iyunun əvvəlində Cənubi Koreyada hakimiyyətə gələn prezident Li Çje Men dövründə ilk buraxılış olub. Əvvəlki ballistik raket buraxılışı mayın 8-də baş tutub.

 

Ümumilikdə Şimali Koreya bu il beş raket buraxılışı həyata keçirib.

 

Raket növü hələ müəyyən edilməyib və Koreya Respublikasının hərbçiləri uçuş məsafəsini təhlil edir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər