"Sistemlər sistemi olan Polad Günbəzimizi qururuq"
Türkiyənin yerli texnologiya ilə hazırladığı "Polad Günbəz" hava hücumundan müdafiə sistemi, hava hücumundan müdafiə sistemlərinin müxtəlif yüksəkliklərdə birlikdə işlədiyi "inteqrasiya edilmiş arxitektura" olaraq xarakterizə edilir.
Prezident Rəcəb Tayyib Ərdoğan Hollandiyanın Haaqa şəhərində keçirilən NATO Sammitindən qayıdarkən təyyarədə verdiyi açıqlamalarda hava hücumundan müdafiə sisteminin əhəmiyyətini vurğulayıb.
Ərdoğan Polad Qübbəni “sistemlər sistemi” adlandırıb.
Yaxın Şərqdə İsrail və İran arasında qarşıdurmalara toxunan
Ərdoğan:
“Havadan müdafiə sistemi S-400 ilə bitmir. Bizim ictimai rəy də son günlər bunu yaxından görüb”.
Çox qatlı sistem kompleksinin yaradılmasının zəruri olduğunu bildirən Ərdoğan: "Müxtəlif yüksəkliklərdə raketlərin olması və onların bədən orqanları kimi ahənglə işləməsi çox vacibdir. Raket imkanlarımızı artırmalıyıq.Biz sistemlər sistemini, "Polad günbəz"imizi qururuq. Sistemlər sistemini həyata keçirmək üçün müxtəlif yüksəkliklərdəki hava hücumundan müdafiə sistemlərini, sensorlarımızı və elektron döyüş sistemlərini bir araya gətiririk”.
BBC News
Aysel Mirzəyeva